Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaqub Abdulla oğlu Eyyubovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, Y.Eyyubov Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, Y.Eyyubov 2003-cü ildən Azərbaycan Respublikası baş nazirinin birinci müavinidir.