Yuxarı
    Bağlamaq

    Baş nazirin müavini: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin strukturu formalaşmaq üzrədir”

    “Çalışacağıq ki, 2016-cı il ərzində nəzərdə tutulan işlərin böyük əksəriyyəti görülsün”

    Bakı. 21 noyabr. REPORT.AZ/ “Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin strukturu formalaşmaq üzrədir”. “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.

    Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi üçün zəruri olan araşdırmalar aparılır ki, yaxın zamanlarda Azərbaycanda mümkün olan qədər tibbi sığorta həyata keçirilsin: “Qarşıda böyük işlər durur. Hər şeydən əvvəl agentlik formalaşdırılmalıdır və fəaliyyət üçün hazır vəziyyətə gətirilməlidir. Bundan sonra isə model seçilib, Azərbaycana tibbi sığorta tətbiq edilməlidir. Güman edirəm ki, intensiv işlər nəticəsində nə qədər mümkündürsə, bunun tətbiqini yaxınlaşdıracağıq. Əvvəlcədən demək istəyirəm ki, tibbi sığortanın tətbiq edilməsi üçün böyük işlər görülməlidir, həm də qanunvericilik bazası təkmilləşdirilməlidir. Bu işdə həm də personalın hazırlanması da zaman tələb edir. Azərbaycanda tibbi sığorta çox geniş yayılmasa da, müəyyən qədər var. Biz çalışacağıq ki, 2016-cı il ərzində nəzərdə tutulan işlərin böyük əksəriyyəti görülsün”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi