Bakı. 30 may.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov yüksək səviyyəli rəsmi statistikalar üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair sub-regional seminarda deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Milli Əlaqələndirmə Şurası fəaliyyətə başladığı dövrdən indiyədək kifayət qədər işlər görüb: “Qarşıda hələ də bir çox mühüm vəzifələr dayanır. Qeyd etmək istərdim ki, Azərbaycan böyük nailiyyətlər əldə edib, ölkə iqtisadiyyatı 3 dəfədən artıq artıb. İqtisadiyyatımızın inkişafı sosial proqramların həyata keçirilməsinə şərait yaradır. Ölkədə yoxsulluğun səviyyəsi 50 faizdən 5-6 faizə qədər enib. Azərbaycanda 1.6 milyon iş yeri açılıb”.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan neft ixrac edən ölkələrdən biridir: “Biz çalışırıq ki, neftdən asılılıq əhəmiyyətli dərəcədə azaldılsın. Bununla bağlı addımlar atılır. Eyni zamanda dünyadakı qlobal problemlərin həll edilməsi ilə bağlı yaxından iştirak edirik”.