Bakı. 9 iyun.
O bildirib ki, dünyada qadınlarla kişilər arasında hüquq bərabərliyinin pozulması faktları var: “Yəni, qeyri-bərabərlik mövcuddur. Təhsil səviyyəsinə görə də qeyri-bərabərlik mövcuddur. Təhsil hüququndan məhrum olanların 3/2 qadımlardır. Bu cür mənzərələrin aradan qaldırılması üçün iş aparılır. Dünyanın 140 ölkəsinin konstitusiyasında qadınlarla kişilərin bərabərliyi əksini tapıb, amma real həyatda bunun əksi olur. Gender bərabərliyi olan ölkələr inkişaf etmiş ölkələrdir. Bu siyahıda Skandinaviya ölkələri öndədir. Amma Yaponiya bu məsələdə çox geridir. O cəmiyyətlərdə ki insanların potensialından tam istifadə olunur, o ölkələr inkişaf edir. Azərbaycan cəmiyyəti dünyanın ayrılmaz hissəsi kimi bu məsələlərə həsaslıqla yanaşır”.
Baş nazirin müavini qeyd edib ki, cəmiyyətdə qadına xüsusi hörmət olunmalıdır: “Azərbaycanda qadının ictimai, siyasi həyatda rolunun artırılmasına çalışılır. Bu, hər bir müasir cəmiyyətin qarşısında duran əsas vəzifədir. Ölkəmizdə qadınlar bir sıra sahələrdə-Təhsil, səhiyyə sahəsində öndədirlər. Bir çox qurumlara qadınlara rəhbərlik edir, Azərbaycan Milli Məclisində 19 qadın deputat var. Amma biz bunu tam təkmil hesab etmirik. Azərbaycanda qadın sahibkarlar da var. Eyni zamanda bizi narahat edən məsələləri həll etməliyik”.
Baş nazirin müavini: "Azərbaycan gender bərabərliyinə həssas yanaşır"
Daxili siyasət
1250
9 İyun , 2017
11:33


Son xəbərlər
