Baş nazir: Azərbaycanın quru sərhədlərinin bağlanması barədə qərara mən imza atmışam

Baş nazir: Azərbaycanın quru sərhədlərinin bağlanması barədə qərara mən imza atmışam "2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Mən buna imza atmışam. Bu qanuna uyğun olaraq Baş nazir kimi səlahiyyətimdi".
Daxili siyasət
15 Mart , 2024 16:43
Baş nazir: Azərbaycanın quru sərhədlərinin bağlanması barədə qərara mən imza atmışam
Əli Əsədov

Baş nazir Əli Əsədov quru sərhədlərlə bağlı qərarın onun səlahiyyətində olduğunu bəyan edib.

"Report" xəbər verir ki, Əli Əsədov bu barədə Milli Məclisdə çıxışı zamanı danışıb.

O, sərhədlərin bağlı olmasının ümumi daxili məhsulun (ÜDM) artımına təsiri olmadığını deyib: "2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Buna mən imza atmışam. Bu, qanunauyğun olaraq Baş nazir kimi mənim səlahiyyətimdir".

Baş nazir bildirib ki, quru sərhədləri bağlı olsa da, 2021-ci ildə ÜDM 5,6 faiz, 2022-ci ildə 5,7 faiz artıb.

Son xəbərlər

Orphus sistemi