Balakəndə Gənclər Günü qeyd edilib

Balakəndə Gənclər Günü qeyd edilib Balakən rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş ​tədbir keçirilib.
Daxili siyasət
2 Fevral , 2022 21:17
Balakəndə Gənclər Günü qeyd edilib

Balakən rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş ​tədbir keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədbirdə rayon rəhbərliyi, gənclər eləcə də rayonun digər müəssisələrindən olan nümayəndələr iştirak edib.

Tədbir Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasında baş tutub. İlk öncə qonaqlar binanın foyesində təşkil olunmuş rayon gənclərinin əl işlərindən ibarət sərgiylə tanış olublar.

Çıxış edənlər bildiriblər ki, bu gün ölkəmizdə Azərbaycan gənclərinin dinamik inkişafı, ictimai-siyasi fəallığı istiqamətində mühüm addımlar atılır. Azərbaycan gənclərinin vətənpərvərlik ruhu yüksəkdir. Vətən müharibəsində qazandığımız parlaq qələbədə gənclərin rolu danılmazdır.

Sonda rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsi və təbliği istiqamətindəki səmərəli fəaliyyətinə görə, bir sıra gənclər diplomlarla təltif olunub.

Son xəbərlər

Orphus sistemi