Balakəndə 102 yaşlı seçici səs verib
Daxili siyasət
- 01 sentyabr, 2024
- 11:41
110 saylı Balakən seçki dairəsinin 9 saylı seçki məntəqəsində yaşı 100-dən yuxarı olan seçici səs verib.
Bu barədə "Report"un Şimal-Qərb bürosuna 110 saylı Balakən dairə seçki komissiyasının (DSK) sədri Vahid Əliyev məlumat verib.
Onun sözlərinə görə, Balakənin Gərəkli kəndində yaşayan 1922-ci il təvəllüdlü Pətimat Əli qızı Xəlilova adlı seçicinin evinə daşınan seçki qutusu aparılıb və yaşlı seçici səsvermə hüququndan istifadə edib.
DSK sədri bildirib ki, dairə üzrə qeydiyyatda olan 39 min 364 seçici 44 məntəqədə səs verir. Onlardan 447 nəfəri səsvermə hüququndan ilk dəfə yararlanır.
Dairə üzrə səsvermənin gedişini 769 müşahidəçi izləyir.
Son xəbərlər
02:37
Foto
DÇ-2026: İsveçrə - Kolumbiya oyununun qalibi penaltilər seriyasında müəyyənləşəcək - YENİLƏNİR-5
Futbol02:34
Avropa Parlamentində Serbiyaya ayrılan maliyyənin dayandırılmasına çağırış edilib
Digər ölkələr02:13
XİN: ABŞ-nin İrana qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğvi memorandumun pozulmasıdır
Region01:47
CENTCOM: ABŞ İrana zərbələr endirməyə başlayıb
Region01:11
Vuçiç: Serbiyanın qarşıdakı beş ildə Avropa İttifaqının tamhüquqlu üzvü olmayacağını bilirəm
Digər ölkələr00:59
Misir millisinin baş məşqçisi: "Messinin dünya çempionatında yoluna davam etməsini istəyirdilər"
Futbol00:47
Bakının dörd rayonunda qaz olmayacaq
Energetika00:39
Norveç tərəfdaşları ilə Ukrayna üçün ABŞ-dən "Patriot" raketləri sifariş edəcək
Digər ölkələr00:16