Balakən polis şöbəsində yeni təyinat olub

Daxili siyasət
  • 22 fevral, 2023
  • 07:15
Balakən polis şöbəsində yeni təyinat olub

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) Təhqiqat bölməsinə yeni rəis təyin edilib.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Ruslan Əsədov təyin olunub.

O, bu təyinata qədər Naftalan RPŞ-də təhqiqatçı vəzifəsində çalışıb.