Bakıya gətirilən zibil konteynerlərinin qiyməti məlum olub - FOTOLAR

Bakıya gətirilən zibil konteynerlərinin qiyməti məlum olub - FOTOLAR Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sifarişinə əsasən, Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyasının hazırlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.
Daxili siyasət
17 Aprel , 2019 12:45
Bakıya gətirilən zibil konteynerlərinin qiyməti məlum olub - FOTOLAR
Report/Elchin Murad
0 : 00
0 : 00

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sifarişinə əsasən, Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyasının hazırlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.

"Report"un xəbərinə görə, bildirilib ki, həyata keçirilən işlər çərçivəsində BŞİH tərəfindən Monitorinq Mərkəzi yaradılıb.

Qeyd olunub ki, hazırda ölkəyə 1 540 ədəd plastik konteyner gətirilib. Konteynerlər Bakının 4 rayonunda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) qoyulub, daha 3 rayona (Binəqədi, Nizami və Xətai) bu konteynerlərin verilməsinə başlanılıb. Bu, mərhələli şəkildə həyata keçirilir.

"Report"un əldə etdiyi məlumata görə, bir ədəd konteynerin qiyməti 153 avrodur. 

Son xəbərlər

Orphus sistemi