Mərkəzi Nəbatat Bağında iməcilik keçirilib
- 09 avqust, 2025
- 11:40
Mərkəzi Nəbatat Bağında iməcilik tədbirləri həyata keçirilib, ağaclara aqrotexniki qulluq göstərilib, qurumuş budaqlar kəsilib, onların dibi bellənib.
Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, bitki və canlılara zərər verməyən yuyucu maddələrlə əsas prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.
Eyni zamanda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları da son vaxtlarda havaların kəskin isti keçməsi ilə əlaqədar yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların yuyulması, onlara aqrotexniki qulluq göstərilməsini də həyata keçirib, qabaqlayıcı tədbirlər olaraq xəstə ağacları götürüb.