Bakı. 10 aprel.
“Report”un xəbərinə görə, tədbirə baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, dövlət qurumlarının nümayəndələri qatılıblar.
Əvvəlcə şagirdlərə dayanıqlı inkişafla bağlı məlumat verilib, fikir mübadiləsi aparılıb.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov çıxış edərək qlobal problemlərə toxunub və bunların həlli yollarını sadalayıb. O, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasının Azərbaycan üçün əhəmiyyəti barədə də danışıb.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai isə çıxış edərək deyib ki, Azərbaycanda təhsilin inkişafı ilə bağlı addımlar atılır. Q.İsakzai şagirdlərə müraciət edərək deyib ki, onların yazdıqları məktublar BMT baş katibinə çatdırılacaq.
Sonda xatirə şəkli çəkdirilib.









