23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsinin sədri Təhminə İbrahimova Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində seçicilər arasında yüksək fəallığı qeyd edib.
Bu barədə "Report"a açıqlamasında məntəqənin sədri Təhminə İbrahimova bildirib.
“Məntəqəmizdə hər şey qaydasındadır, seçicilər arasında fəallıq müşahidə olunur. Artıq 6 xarici müşahidəçi məntəqəyə gəlib, daha 20 yerli müşahidəçi isə gün ərzində səsvermə prosesini müşahidə edəcək”, - o bildirib.
Onun sözlərinə görə, məntəqədə 1462 seçici qeydiyyatdadır.
Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.