Bakıda üç şəhidin xatirə lövhəsinin açılışı olub

Bakıda üç şəhidin xatirə lövhəsinin açılışı olub Bakıda Vətən müharibəsi şəhidləri Orxan İsmayilov, Fərid Əsgərov və Əli Qasımovun xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Daxili siyasət
4 Oktyabr , 2021 14:00
Bakıda üç şəhidin xatirə lövhəsinin açılışı olub
0 : 00
0 : 00

Bakıda Vətən müharibəsi şəhidləri Orxan İsmayilov, Fərid Əsgərov və Əli Qasımovun xatirə lövhəsinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə hər üç şəhidin qəhrəmanlığından, onların vətənpərvərliyindən söz açılıb.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədə şəhidlərimizin şücaətindən danışılıb. Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalq tərəfindən daim əziz tutulduğu bildirilib.

Qeyd edək ki, şəhid Fərid Ərəstun oğlu Əsgərov “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, şəhid Əli İbrahim oğlu Qasımov “Vətən uğrunda”, Şəhid Orxan Zöhrab oğlu İsmayılov isə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunublar.

Son xəbərlər

Orphus sistemi