Yuxarı
    Bağlamaq

    Bakıda soyğunçuluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

    Məhkəmənin baxış iclası iyunun 5-nə təyin edilib

    Bakı. 31 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Əlibala Salahov və Sərdar Cavadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

    "Report"un xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxış iclası iyunun 5-nə təyin edilib.

    Qeyd edək ki, Sumqayıt şəhər sakini polisə müraciət edərək bildirib ki, şəhərin 30-cu məhəlləsində iki nəfər tanımadığı şəxs ona məxsus içərisində pul, şəxsi sənədlər, ev və avtomobil açarı olan əl çantasını götürərək hadisə yerindən qaçıb.
    Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq cinayətini törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Salahov və S.Cavadov saxlanılıb.

    Araşdırma zamanı məlum olub ki, həmin şəxslər zərərçəkmişi əvvəlcə marketdə görüblər, daha sonra onu izləyərək əlindəki əl çantasını alaraq hadisə yerindən qaçıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi