Bakıda sənədsiz tikilən 163 min daşınmaz əmlak üzrə inventarlaşdırılma işləri yekunlaşıb

Bakıda sənədsiz tikilən 163 min daşınmaz əmlak üzrə inventarlaşdırılma işləri yekunlaşıb Bakıda 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarında isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb
Daxili siyasət
10 Mart , 2021 11:09
Bakıda sənədsiz tikilən 163 min daşınmaz əmlak üzrə inventarlaşdırılma işləri yekunlaşıb

Ölkə ərazisində müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər (əsasən yaşayış evləri) və onların yerləşdiyi torpaq sahələri ilə bağlı problemin mərhələli həllini nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq yerli ekspert komissiyaları yaradılıb.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, hazırda həmin komissiyalar şəhər və rayonlar üzrə müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması həyata keçirilir.

Eyni zamanda, yaşayış evlərinin və torpaq sahələrinin mühafizə və sürüşmə zonalarına düşüb-düşmədiyi, kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşib-yerləşmədiyi məsələsi də diqqətdə saxlanılır.

Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarında isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb.

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi