Yuxarı

​Milli Şura Bakıda mitinq keçirib - YENİLƏNİB

Mitinq vaxtından yarım saat əvvəl başa çatıb

Bakı. 30 may. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Demokratik Qüvvələrin Milli Şurasının bu gün keçirdiyi aksiya ilə bağlı rəsmi məlumat yayıb. BŞBPİ-nin mətbuat xidmətindən “Report”a verilən məlumatda bildirilib ki, mayın 30-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.30-dan 16.30-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 400 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

“İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”, - rəsmi məlumatda bildirilib.

ilk xəbər saat 16:33-də yayımlanıb

Bakı. 30 may. REPORT.AZ/ Bu gün Demokratik Qüvvələrin Milli Şurası Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinq keçirib.

“Report”un məlumatına görə, Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirilən aksiyada Milli Şuranın üzvləri ilə yanaşı, digər bəzi müxalifətyönümlü siyasi partiyaların da nümayəndələri iştirak ediblər.

Mitinqdə Milli Şuranın sədri Cəmil Həsənli, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, AXCP-nin Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı çıxış edib.

Sonda mitinqin qətnaməsi oxunub.

Mitinqin iki saat davam etməsi planlaşdırılsa da, aksiya vaxtından yarım saat əvvəl başa çatıb.

Aksiyanın sonunda üç nəfər polislə insidentə görə saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi