Bakıda keçirilən veloyürüşdə deputat və general iştirak edib - FOTO

Bakıda keçirilən veloyürüşdə deputat və general iştirak edib - FOTO 2 fevral - Respublika Gənclər Gününə həsr olunmuş veloyürüş keçirilib
Daxili siyasət
2 Fevral , 2015 10:29
Bakıda keçirilən veloyürüşdə deputat və general iştirak edib - FOTO

Bakı. 2 fevral. REPORT.AZ/ Bakıda 2 fevral - Respublika Gənclər Gününə həsr olunmuş veloyürüş keçirilib. 200-ə qədər velosipedçinin qatıldığı bu yürüş “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı, “İrəli” İctimai Birliyi, “Bakı 2015-Avropa Oyunları”, Azərbaycan Velosiped İdmanı Federasiyası və Dövlət Bayraq Meydanı İdarəsinin təşkilatçılğı ilə keçirib. Təşkilatçıların “Report”a verdiyi məlumata görə, Milli Məclisin deputatı Fuad Muradov, Azərbaycanın Milli Qəhrəmanı, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov da veloyürüşə qatılıb.

F.Muradov qeyd edib ki, tədbir Gənclər Günü ilə bağlı keçirilir və sağlam həyat tərzini təbliğ edir. “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, veloyürüşün məqsədi sağlam həyat tərzi ilə bağlı gənclər arasında təbliğat aparılması, gənclərin asudə vaxtının səmərəli təşkili və onlara Azərbaycan Gəncləri Gününün əhəmiyyətinin aşılanmasıdır.

Veloyürüş Dövlət Bayraq Meydanından başlayaraq Neftçilər prospektindən, şəhərin əsas küçələrindən keçməklə Azadlıq Meydanında yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi