Bakıda İnsan Hüquqları üzrə Müvəkkilin imkanlarının gücləndirilməsinə dəstək Tvinninq layihəsi ictimaiyyətə təqdim olunub

Bakıda İnsan Hüquqları üzrə Müvəkkilin imkanlarının gücləndirilməsinə dəstək Tvinninq layihəsi ictimaiyyətə təqdim olunub Layihə iki il müddətində və 4 komponent üzrə icra ediləcək
Daxili siyasət
28 Aprel , 2016 09:52
Bakıda İnsan Hüquqları üzrə Müvəkkilin imkanlarının gücləndirilməsinə dəstək Tvinninq layihəsi ictimaiyyətə təqdim olunub

Bakı. 28 aprel. REPORT.AZ/ Bu gün Bakıda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin imkanlarının gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin ictimaiyyətə təqdim olunması ilə bağlı tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında mövcud olan əməkdaşlıqdan, bu əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə layihələrdən danışıb.

Ombudsman fəaliyyəti dövründə Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələri yaratdığını, bu qurumun Şərq Tərəfdaşlığı və Tvinninq layihələrində aktiv iştirak etdiyini bildirib və bu layihələrin xüsusiyyətləri barədə məlumat verib. O bildirib ki, iki il müddətində və 4 komponent üzrə icra ediləcək layihə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin imkanlarının gücləndirilməsinə dəstək olacaq. Layihə Almaniya və Polşadan olan tərəfdaşların birgə iştirakı ilə həyata keçiriləcək. O qeyd edib ki, layihənin məqsədi Milli Preventiv Mexanizm, uşaq hüquqları, əlliliyi olan şəxslərin hüquqları və məlumata çıxış hüququ ilə bağlı mandatının icra edilməsini təmin etmək işində Ombudsman institutu və onun regionlal mərkəzlərinin potensialının dəstəklənməsindən ibarətdir.

Daha sonra Almaniyadan olan layihə rəhbəri Volker Ellenberger layihə ilə bağlı danışıb. O bildirib ki, layihənin icra prosesində Almaniya və Polşadan başqa Yunanıstan və Portuqliyadan olan ekspertlər də yaxından iştirak edəcəklər. Onun sözlərinə görə, Tvinninq layihəsinin səmərəli olması üçün rahat və şəffaf fəlaiyyətə ehtiyac var.

Polşadan olan kiçik layihə rəhbəri Miroslav Vroblevski də layihə haqqında fikirlərini bölüşüb.  

Son xəbərlər

Orphus sistemi