Bakıda hüquq-mühafizə orqanları şəbəkəsinin 8-ci görüşü keçirilir

Bakıda hüquq-mühafizə orqanları şəbəkəsinin 8-ci görüşü keçirilir Kamran Əliyev: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində möhkəm iradə var"
Daxili siyasət
25 Oktyabr , 2017 10:43
Bakıda hüquq-mühafizə orqanları şəbəkəsinin 8-ci görüşü keçirilir
Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev / Report/ Firi Salim

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakıda hüquq-mühafizə orqanları şəbəkəsinin 8-ci görüşü keçirilir.

“Report”un xəbərinə görə, “Korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi: Cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi, əmlakın bərpası və prokurorların müstəqilliyi” mövzusunda keçirilən görüşün təşkilatçıları Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatıdır.

Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində möhkəm iradə var.

O xatırladıb ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulub.

K.Əliyevin sözlərinə görə, İƏİT Anti-korrusiya şəbəkəsi ekspertləri tərəfindən Azərbaycanda anti-korrupsiya qanunvericiliyi və onun tətbiqi öyrənilib və müvafiq tövsiyələr verilib. Azərbaycan İƏİT Anti-korrusiya şəbəkəsi tərəfindən 3 dəyərləndirmə mərhələsini uğurla keçib və hazırda 4-cü dəyərləndirmə həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycan hökumətinə verimiş tövsiyələrin icrası istiqamətində müvafiq işlər həyata keçirilir.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov da çıxış edib. O, ölkədəki korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərdən danışıb.

Tədbirdə çıxışlarla davam etdirilir. 

Qeyd edək ki, tədbir oktyabrın 27-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi