Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq Bakı. 9 may. REPORT.AZ/ Faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.
Daxili siyasət
9 May , 2018 10:55
Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

Bakı. 9 may. REPORT.AZ/ Faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, orkestrlər şəhərin müəyyən edilən 5 nöqtəsində çıxış edəcək.

Çıxışlar Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında), Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında,  Zərifə Əliyeva parkında, Zabitlər parkında və Fəvvarələr meydanında olacaq.

Son xəbərlər

Orphus sistemi