Bakıda “Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası” adlı konfrans keçirilib - YENİLƏNİB

Bakıda “Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası” adlı konfrans keçirilib - YENİLƏNİB Konfransda hökumət rəsmiləri, Milli Məclisin deputatları, mətbuat təmsilçiləri, ziyalılar, ictimaiyyətinin nümyəndələri iştirak edib
Daxili siyasət
24 Dekabr , 2016 13:17
Bakıda “Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası” adlı konfrans keçirilib - YENİLƏNİB

Bakı. 24 dekabr. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Bakıda “Gələcəyin ünvanı- Prezident İlham Əliyevin islahatlar strategiyası” adlı konfrans keçirilib.

“Report”un xəbərinə görə, konfransda hökumət rəsmiləri, Milli Məclisin deputatları, mətbuat təmsilçiləri, ziyalılar, ictimaiyyətinin nümyəndələri iştirak edib.

Tədbirdə çıxış edən baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov deyib ki, Azərbaycan yeni inkişafın astanasındadır. O, ölkənin inkişaf mərhələləri ilə bağlı fikirlərini bildirib. Ə.Əhmədov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin düşünülmüş və uğurlu siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı böyük inkişafa nail olub. 

Sonra çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslandı görülən işlərdən danışıb.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib ki, Azərbaycanın inkişaf səviyyəsi Heydər Əliyevin adı ilə bağlıdır. O qeyd edib ki, Azərbaycanın aparılan islahatlarda sosial-iqtisadi inkişaf əsas götürülür.

*** 12:14

“20-ci əsrin sonlarında Azərbaycanda iqtisadi tənəzzülün qarşısının alınmasında Heydər Əliyevin böyük rolu olub”.

“Report”un xəbərinə görə, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov “Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası” adlı konfransda deyib.

O bildirib ki, ümummilli liderin səyi nəticəsində ölkə iqtisadiyyatı inkişaf edib: “Azərbaycan inkişafla dünyaya qüdrətini sübut etdi. Ölkəmiz yeni iqtisadi inkişafın astanasındadır. Bununla bağlı konsepsiya işlənib hazırlanmaqdadır. Bu, Azərbaycanın yenidən inkişafına təkan verəcək”.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın gözəl gələcəyini ümummilli lider Heydər Əliyev arzu edirdi, hazırki prezident İlham Əliyev onun ideyalarını həyata keçirir: “Azərbaycanın əvvəlki inkişafı necə şərəfli olubsa, gələcək inkişafı da o cür olacaq”.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan dünyada iqtisadi inkişafına görə 200 dövlət arasında 70-ci yeri tutur.

Ə.Əhmədov Prezident İlham Əliyevi 55 yaşı tamam olması münasibətilə təbrik edib.

Son xəbərlər

Orphus sistemi