Bakıda COVID-19 xəstələrinə yardım edən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadılıb

Bakıda COVID-19 xəstələrinə yardım edən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadılıb Koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.
Daxili siyasət
27 Aprel , 2022 14:29
Bakıda COVID-19 xəstələrinə yardım edən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadılıb

Koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqqına əlavənin müddəti uzadılıb.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatory-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərarda dəyişiklik edilib.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin ödənilməsi müddəti mayın 1-dək uzadılıb.

Son xəbərlər

Orphus sistemi