Birinci Qarabağ müharibəsində itkin düşən və 30 il sonra nəşinin qalıqları Gəncədə Şəhidlər Xiyabanında tapılan Elşən Xasiyev dəfn olunub.
“Report” xəbər verir ki, mərhumun ailə üzvlərinin Bakı şəhərinin Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən evində vida mərasimi keçirilib, daha sonra şəhidin nəşinin qalıqları Sabunçu rayonun Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.
Birinci Qarabağ müharibəsi zamanı itkin düşdüyü hesab edilən və Gəncədəkı Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu 30 il sonra müəyyənləşən Elşən Nəzərəli oğlu Xasiyevlə vida mərasimi keçirilib.
“Report” xəbər verir ki, şəhidin nəşi mərhumun ailə üzvlərinin Bakı şəhərinin Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən evinə gətirilib.
Mərasimdə mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşinin qalıqları vida mərasimi başa çatdıqdan sonra paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, E.Xasiyev 1968-ci il aprelin 8-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində anadan olub. O, hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. Daha sonra ailəsi ondan xəbər ala bilməyib. Onun Gəncədəkı Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu 30 il sonra müəyyənləşib.
Foto: Samirə Həsənova