Bakıda “Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda “Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda beynəlxalq konfrans keçirilib Bakı. 28 noyabr. REPORT.AZ/ Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının ixtisaslaşdırılmış institutlarının dəstəyi ilə “Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda beynəlxalq konfrans keçirilib.
Daxili siyasət
28 Noyabr , 2017 15:01
Bakıda “Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda beynəlxalq konfrans keçirilib
Report/ Elshan Baba

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının ixtisaslaşdırılmış institutlarının dəstəyi ilə “Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda beynəlxalq konfrans keçirilib.

"Report"un məlumatına görə, Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib ki, tədbirin məqsədi tolerantlığın və etnomədəni müxtəlifliyin qorunub saxlanılması, mədəniyyətlərarası dialoqun rolunun artırılması, ümumən, multikulturalizmin nümunəvi Azərbaycan modelinin təbliği və təşviqidir.

O vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərinin, humanizm ənənələrinin, mədəniyyətinin təbliğində, geniş coğrafi ərazidə təşviqində misilsiz işlər görür.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov deyib ki, Azərbaycan müasir dövrdə multikulturalizmin dövlət siyasəti olduğu yeganə dövlətlərdəndir. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. 

Tədbirdə məruzələrlə çıxış edənlər - siyasi təhlilçi, ABŞ jurnalisti Piter Teys, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut, "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması"nın İdarə Heyətinin üzvü Artur Ağacanov və digərləri Ermənistanın Azərbaycana qarşı uğursuz təxribat-pozuculuq fəaliyyətləri barədə məlumat veriblər.  

Məruzələrdən sonra mövzu ətrafında aparılan müzakirələrdə Ermənistan hakimiyyətinin dağıdıcı fəaliyyəti barədə belə müzakirələrin, onların dünya ictimaiyyətinin məlumatlandırılmasında əhəmiyyəti yüksək qiymətləndirilib və vacibliyi diqqətə çatdırılıb. 

Sonda İ.Axundov konfransda səslənən məruzələrin vahid bir nəşrdə toplanılaraq müxtəlif dillərə tərcümə edilib yayılacağını vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi