Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının 21-ci iclası keçirilib - YENİLƏNİB

Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının 21-ci iclası keçirilib - YENİLƏNİB Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Direktorlar Şurasının 21-ci iclası keçirilib.
Daxili siyasət
30 Oktyabr , 2018 17:49
Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının 21-ci iclası keçirilib - YENİLƏNİB
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Direktorlar Şurasının 21-ci iclası keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Asiya ölkələrinin ombudsmanları arasında müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gələcəkdə də qarşılıqlı məsləhətləşmələrin aparılması və əməkdaşlığın davam etdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinə dair ümumi razılığa gəlinib.


*** saat 11:15

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Direktorlar Şurasının 21-ci iclası keçirilir.

"Report" xəbər verir ki, tədbirdə AOA-nun üzvü olan xarici ölkələrin ombudsmanları, dövlət qurumlarının və KİV-lərin nümayəndələri iştirak edirlər.

Tədbirdən əvvəl iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

İclasın açılış mərasimində Ombudsman Elmira Süleymanova qonaqlarla Azərbaycan və burada insan hüquqlarının qorunması sahəsində görülən işlərdən danışıb, tədbirin məqsədi barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan dövlətinin siyasətində insan hüquqları prioritet məsələlərdən biridir: "Ölkədə insan hüquqları sahəsində bir çox əhəmiyyətli sənədlər qəbul edilib. Ombudsman hər bir Azərbaycan vətəndaşının bütün hüquqlarının pozulmasının qarşısının alınması və ümumiyyətlə insan hüquqlarının qorunması sahəsində bütün işləri görür".

Daha sonra birinci sessiyada Şuranın ötən ilin fəaliyyətinin yekun hesabatı dinlənilib və növbəti illərə dair fəaliyyət istiqamətləri müzakirə edilib.

İkinci sessiyada interaktiv müzakirələrin aparılması nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi