Yuxarı
    Bağlamaq

    Bakıda 28 May - Respublika Günü münasibətilə yürüş keçirilib

    Yürüşdə DTX rəisi, general-leytenant Mədət Quliyev və DSX rəisi, general-polkovnik Elçin Quliyev iştirak edib

    Baku. 27 May. REPORT.AZ/ Bakıda 28 May - Respublika Günü münasibətilə yürüş keçirilib.

    "Report" xəbər verir ki, yürüş Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. 

    Yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, idmançılar, media nümayəndələri iştirak ediblər. 

    Mədət Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycandakı inkişaf dünyada yoxdur: "Bu xalq müstəqilliyini əldə edib və itirməycək. Xalqımız 10-20 il bundan əvvəlki xalq deyil. Xalqımız mötəbər Prezidentimizin, Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın ətrafındadır və uğurla inkişaf edir". 

    Yürüş 5 km məsafəni əhatə edib. 

    Sonda media nümayəndələri yürüşdə iştiraklarına görə diplomla təltif edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi