Bakı və Gəncədə iki qız itkin düşüb
Daxili siyasət
- 24 fevral, 2024
- 06:04
Bakıda 16 yaşlı qız itkin düşüb.
"Report"un məlumatına görə, hadisə fevralın 22-də paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Belə ki, Əliyeva Xanım Təvəkkül qızı polisə müraciət edərək onunla birlikdə yaşayan 2008-ci il təvəllüdlü qızı Həziyeva Elnurə Həzi qızının itkin düşdüyünü bildirib. Ana ərizəsində qızının fevralın 22-si saat 00:30 radələrində naməlum istiqamətə getdiyini, evə qayıtmadığını bildirib.
Gəncə şəhərində isə 18 yaşlı qız itkin düşüb. Şəhər sakini Bayramov Bəhruz Nurəddin oğlu polisə müraciət edərək onunla birlikdə yaşayan övladı - 2006-cı il təvəllüdlü Bayramova Ləman Bəhruz qızının fevralın 16-da gecəyarı yaşadığı evdən çıxıb, geri qayıtmadığını bildirib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
14:18
Mikayıl Cabbarov: "SOCAR "Daşkəsən" layihəsində zəruri qaz infrastrukturunu təmin etməlidir"
Digər14:15
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
Sənaye14:15
İlham Əliyev: "Enerji sektorunda atdığımız addımlar bizi böyük problemlərdən sığortaladı"
Energetika14:13
Prezident: "Naxçıvanda geoloji kəşfiyyat işlərinə gələn ildən başlanacaq"
Energetika14:12
İlham Əliyev: "Qərb Sənaye Parkının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır"
Sənaye14:10
Prezident: "Mövcud yataqlar təhlil edilib ehtiyatları tam dəqiqləşdirilməlidir"
Sənaye14:06
İlham Əliyev: "Yeni layihələr bundan sonra da neft hasilatını lazımi səviyyədə saxlayacaq"
Energetika14:02
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
Sənaye14:01