Bakı Təşəbbüs Qrupu (BTQ) "Müstəmləkəçiliyə qarşı mübarizədə ən kreativ ideya" adlı müsabiqəsi keçirir.
"Report" xəbər verir ki, bu müsabiqə Azərbaycanda ilk dəfə keçirilir və ilkin mərhələdə BTQ könüllüləri arasında təşkil olunacaq.
Sonradan müsabiqənin ölkə gəncləri, eləcə də müstəmləkə altında yaşayan xalqların gəncləri arasında həyata keçirilməsi planlaşdırılır. Layihələrin qəbulu 20 sentyabr - 20 oktyabr tarixləri arasında olacaq. Müsabiqəyə BTQ könüllüləri qrupunda qeydiyyatda olan hər kəs müraciət edə bilər.
Müsabiqə müstəmləkəçiliyin bütün növlərinə qarşı beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində sivil mübarizə yollarının araşdırılması, kolonializm və neokolonializmin aradan qaldırılması ilə bağlı müasir metod və texnologiyalardan istifadə etməklə yeni ideyaların təşviq edilməsi, kolonializm və neokolonializmin müxtəlif sahələr üzrə yaratdığı problemlərə qarşı daha dayanıqlı alternativ mübarizə istiqamətlərinin müəyyənləşdirilməsi, habelə istedadlı BTQ könüllülərinin cəmiyyətə təqdim edilməsi məqsədilə həyata keçirilir.
Müsabiqə qalibləri xüsusi diplomlar və qiymətli hədiyyələrlə təltif ediləcək.