“Bakı Taxıl Terminalı” Kombinatının direktorunun qətlində təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

“Bakı Taxıl Terminalı” Kombinatının direktorunun qətlində təqsirləndirilənlər apellyasiya şikayəti veriblər Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib
Daxili siyasət
24 Oktyabr , 2016 18:24
“Bakı Taxıl Terminalı” Kombinatının direktorunun qətlində təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

Bakı. 24 oktyabr. REPORT.AZ/ “Bakı Taxıl Terminalı” Kombinatının direktoru Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynova barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

Bu barədə "Report"a təqsirləndirilən M.Hüseynovanın vəkili Günay Hacıyeva bildirib.

Vəkilin sözlərinə görə, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, bu il yanvarın 8-də “Bakı Taxıl Terminalı” Kombinatının direktoru Qalib Bağırovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağlar” yaşayış massivindəki evində aşkarlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Həsənov, Mahnurə Hüseynova və Mübariz Əliyev tutublar.

Müəyyən edilib ki, həmin şəxslər Qalib Bağırovun yaşadığı bağ evində çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla onu öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 Belorus rublu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər 3 şəxs 20 il müddətə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi