Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə təyinatla əlaqədar keçirilən müsabiqə başa çatıb.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Prezident
Həmin Fərmandan irəli gələn vəzifələrin icrası məqsədilə Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin 2 böyük prokuroru və 23 prokuroru vəzifəsinə yeni namizədlərin seçiminin aparılması üçün Baş prokurorun 9 aprel 2019-cu il tarixli sərəncamı ilə Müsabiqə Komissiyası yaradılıb və 12 aprel 2019-cu il tarixdə həmin vəzifələrə təyinatlarla əlaqədar müsabiqə elan edilib.
Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinin iştirakı ilə keçirilmiş müsabiqənin yekununda komissiya tərəfindən yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri seçilərək Baş prokurora təqdim edilib.
Dövlət ittihamının müdafiəsi sahəsində əvvəllər iş təcrübəsi olmayan namizədlər cari il iyunun 10-dan 24-dək
Hazırda müsabiqə nəticəsində müvəffəqiyyət əldə edən prokurorluq işçilərinin Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin müvafiq vəzifələrinə təyinatları aparılır.