Bakı Şəhər Prokurorluğunda Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib

Bakı Şəhər Prokurorluğunda Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib Bakı Şəhər Prokurorluğunda Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Daxili siyasət
176
7 May , 2022 12:40
Bakı Şəhər Prokurorluğunda Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib

Bakı Şəhər Prokurorluğunda Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Bakı şəhər prokurorluğun inzibati binasının foyesində müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra dahi rəhbərin həyat və fəaliyyətini özündə əks etdirən fotoguşə nümayiş etdirilib.

Mərasimdə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov görkəmli dövlət xadimi, ölkəmizi davamlı inkişaf yoluna çıxaran Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açıb, əbədiyaşar liderin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş yüksək nailiyyətləri diqqətə çatdırıb.

Xüsusi qeyd edilib ki, Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi andan Ümummilli Lider daim milli həmrəyliyin və dövlətçilik ənənələrinin yaşadılmasına müstəsna əhəmiyyət verərək milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-strateji məqsədlərə çatmaq üçün hərbi kadr potensialının formalaşdırılması istiqamətində atdığı əməli addımlar müstəqilliyimizin bərpası yolunda mühüm önəmə malik olub.

1993-cü ilin iyun ayında xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıdaraq xalqımızı və dövlətimizi böyük təhlükələrdən, vətəndaş müharibəsindən xilas etmiş dahi öndərin zamanında səsləndirdiyi bir çağırışı ilə yaranmış qüdrətli Azərbaycan ordusunun o dövrdə erməni silahlı qüvvələrinin bədnam niyyətlərinin qarşısını almaqla ilk qələbələrini qazanaraq düşməni atəşkəsə məcbur etməsi, qısa müddətdə müasir, mütəşəkkil ordunun yaradılmasının qələbəmizi şərtləndirən ən vacib amillərdən olması bildirilib.

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçərək bölgənin ən güclü qüvvəsinə çevrilib, Ümummilli Liderin xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Ermənistanın 30 illik işğalına cəmi 44 gündə son qoyulmaqla şanlı tariximizə əbədi həkk olunan möhtəşəm zəfər səlnaməsinin yazıldığı diqqətə çatdırılıb.

Çıxışın sonunda Bakı şəhər prokuroru kollektiv adından hər bir prokurorluq işçisinin daim Heydər Əliyev ideyalarına sadiq qalaraq onun unudulmaz xatirəsini əziz tutacağına və bütün qüvvələrini Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasətin həyata keçirilməsinə istiqamətləndirəcəyinə əminliyini bildirib.

Son xəbərlər

Orphus sistemi