Bakı. 25 fevral. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsində
"Report"un xəbərinə görə, tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Polis general-mayoru Elxan Həsənov çıxışında Xocalı faciəsinin xalqımıza qarşı törədilən qanlı cinayət hadisələrindən biri kimi tarixə düşdüyünü bildirib. O qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri dinc əhaliyə divan tutub. Bu qırğın nəticəsində 613 nəfər həlak olub. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca idi, 8 ailə tamamı ilə məhv edilib. Ötən əsrdə dünyanın bir neçə yerində soyqırımı və etnik təmizləmə cinayətləri baş verib ki, Xocalı faciəsi onların içində ən dəhşətlisidir.
Daha sonra Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyevin nitqi dinlənilib.
Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddialarının ötən əsrin əvvəllərindən başlandığını, Ermənistanın aktiv hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olması ilə yanaşı, minlərlə insanın həlak olduğunu, ağır xəsarət aldığını, işgəncələrə məruz qaldığını, 1 milyondan çox insanın qaçqın düşdüyünü xatırladan Ə.Vəliyev bildirib ki, bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olan Xocalı soyqırımı da Azərbaycanın ən ağır faciəsidir, mahiyyəti etibarilə Holokost, Srebrenitsa, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eynidir.
Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider