Bakı Ağ Şəhərdə tibbi-profilaktik tədbirlər gücləndirilib

Bakı Ağ Şəhərdə tibbi-profilaktik tədbirlər gücləndirilib Koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədi ilə Bakı şəhərində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Bakı Ağ Şəhərin ərazisindəki küçələrdə xüsusi kommunal texnikalar vasitəsilə mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir.
Daxili siyasət
27 Mart , 2020 17:57
Bakı Ağ Şəhərdə tibbi-profilaktik tədbirlər gücləndirilib

Koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədi ilə Bakı şəhərində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Bakı Ağ Şəhərin ərazisindəki küçələrdə xüsusi kommunal texnikalar vasitəsilə mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir.

“Report” xəbər verir ki, küçə və prospektlərin kənarları, yollar, səkilər xüsusi dezinfeksiyaedici maddərlə yuyulur. Ağ Şəhərin Xəqani Rüstəmov, Mərkəzi Bulvar, 1-ci Yaşıl Ada və digər təhvil verilmiş küçələri də diqqət mərkəzində saxlanılır.

Ağ Şəhər ərazisindəki parklar, bağlar və uşaq meydançalarında da dezinfeksiya tədbirləri görülür.

Mülki və Mənzil Məcəlləsinə əsasən Mənzil Tikinti Kooperativlərinin idarə etdikləri binalarda dezinfeksiya işləri istismar qrupları tərəfindən payçıların vəsaiti hesabına həyata keçirilir. Yaşayış binalarının həyətləri, giriş hissələri, lift kabinləri, pilləkən marşları, konteyner meydançaları, həyətlərdə sakinlərin daha çox istifadə etdiyi yerlərdə oturacaqlar, idman və əyləncə qurğularında, yerüstü və yeraltı parkinqlərində, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Bakı Ağ Şəhər ərazisində fəaliyyət göstərən müəssisə və ofis mərkəzlərində də qabaqlayıcı-profilaktik tədbirlər görülməkdədir.

Həmçinin hər bir sakinin şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi ilə bağlı maarifləndirici işlər də aparılır.

Son xəbərlər

Orphus sistemi