Yuxarı

​Bahar Muradova: "Uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövləti üçün prioriter istiqamətlərdəndir"

Milli Məclisdə Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər həsr olunmuş mövzusunda konfrans öz işinə başlayıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Milli Məclisdə (MM) "Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər"ə həsr olunmuş mövzusunda konfrans öz işinə başlayıb.

"Report" xəbər verir ki, tədbirin açılışında MM sədrinin müavini Bahar Muradova bildirib ki, uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövləti üçün də prioritet istiqamətlərdəndir.

Onun sözlərinə görə, Azərbaycan parlamenti uşaq hüquqlarının təmin edilməsinə, bu yöndə qanunvericilik bazasının təkmilləşdirilməsinə çox ciddi önəm verir. B.Muradova parlamentin uşaq hüquqları ilə bağlı bütün sazişlərə, konvensiyalara qoşulduğunu, lazımi qanunları qəbul etdiyini vurğulayıb.

Vitse-spiker  Azərbaycanda ailə institutunun möhkəm olduğunu, uşaqlara münasibətin daim öndə tutulduğunu deyib: "Gələcəkdə də hansısa qlobal problemlərin, faktorların bu amilə təsir edəcəyi ehtimalını qəbul edə bilmərik".

Konfransda, həmçinin Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Ailə, Qadın və Uşaq Problemlərinin həlli Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, millət vəkilləri və digər şəxslər iştirak edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi