Bahar Muradova: "Qadınların ictimai-siyasi proseslərdə aktiv iştirakını istəyirik"

Bahar Muradova: "Qadınların ictimai-siyasi proseslərdə aktiv iştirakını istəyirik" Vətəndaş hüquqlarından istifadə edərək hər kəsin seçkidə iştirakına dəstək verməyi hədəfləyirik.
Daxili siyasət
29 Yanvar , 2024 10:34
Bahar Muradova: Qadınların ictimai-siyasi proseslərdə aktiv iştirakını istəyirik

Biz qadınların ictimai-siyasi proseslərdə aktiv iştirakını istəyirik.

"Report"un məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar Muradova deyib.

O qeyd edib ki, hər kəs vətəndaş olduğu kimi, həm də seçicidir: "Vətəndaş hüquqlarından istifadə edərək hər kəsin seçkidə iştirakına dəstək verməyi hədəfləyirik. Ona görə hamı öz öhdəliyini yerinə yetirməlidir. Biz qadınların ictimai-siyasi proseslərdə aktiv iştirakını istəyirik. Qadınların seçkidə iştirakını təşviq etmək, onlara yardımçı olmaq bizim öhdəliyimizdir. Qadın ailədə böyük rol oynayır. Ona görə siyasi-ictimai proseslərdə iştirakın təşviqi məsələsində də qadınların rolu danılmazdır".

Son xəbərlər

Orphus sistemi