​Azərbaycanda Gənclər Siyasəti üzrə I Qlobal Forumun keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib

​Azərbaycanda Gənclər Siyasəti üzrə I Qlobal Forumun keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib Forum bu il oktyabrın 28-30-da Bakıda keçiriləcək
Daxili siyasət
21 Avqust , 2014 15:49
​Azərbaycanda Gənclər Siyasəti üzrə I Qlobal Forumun keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Gənclər Siyasəti üzrə I Qlobal Forumun keçirilməsi ilə bağlı tədbirlər planını təsdiqləyib.

Report-un məlumatına görə, R.Mehiyevin imzaladığı sərəncamda I Qlobal Forumun yüksək səviyyədə keçirilməsini təmin etmək üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə Gənclər və İdman Nazirliyi nəzdində Təşkilat Komitəsinin yaradılması, tədbirdə iştirak edəcək nümayəndə heyətləri ilə işləyəcək könüllülərin cəlb edilməsi və təşkil olunması əkisini tapıb. Eyni zamanda, sərəncamda xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditasiyası, forumun yerli KİV-lərdə işıqlandırılması, tədbirin keçirildiyi günlərdə mədəni proqramın və şəhərdaxili turların təşkili və digər məsələlər də nəzərdə tutulub.

Xatırladaq ki, forum bu il oktyabrın 28-30-da Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi