“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
M.Pənahov bildirib ki, bu, ümumxalq seçkisidir, ona görə də hər kəs fəal olmalıdır: "Heç bir ölkədə ideal seçki keçirilmir. Azərbaycanda da kiçik mənfi hallar baş verə bilər. Biz çalışacağıq ki, belə halların da qarşısını alaq. Veb-kameraların quraşdırılması da bundan ötrüdür. Seçkidə əsas tələb çoxluğun fikrinin ortada olmasıdır. Düzdür, kiçik səhvlər də olanda kimlərsə bunu əlində əsas tutur. Çalışmalıyıq, onlara bəhanə verməyək. Mətbuat da bu məsələdə diqqətli olmalıdır”.