Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir.
"Report"un məlumatına görə, 20-dək könüllü təşkilatın 40-a yaxın nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələri ziyarət ediblər.
Gənclərə Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələrimizin işğal dövründə erməni vandalları tərəfindən dağıdıldığı və yenidən bərpa olunması barədə məlumat verilib.
Hazırda qala divarlarında təmir işləri aparılır.
Qeyd edək ki, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə gənclərin Şuşaya səfəri təşkil olunub. Bundan əvvəl Gənclər Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı gənclər və könüllü təşkilatlarının Ağdama səfəri baş tutub.