Azərbaycanın yeni gənclər və idman naziri kollektivə təqdim olunub

Azərbaycanın yeni gənclər və idman naziri kollektivə təqdim olunub Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla yeni gənclər və idman naziri Fərid Qayıbov qurumun kollektivinə təqdim olunur.
Daxili siyasət
8 Sentyabr , 2021 09:45
Azərbaycanın yeni gənclər və idman naziri kollektivə təqdim olunub

Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim olunub.

“Report” xəbər verir ki, təqdimatı Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev edib.

PA rəsmisi təqdimat zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən gənclər və idman siyasətindən danışıb.

Sonra yeni nazirlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevə göstərdiyi etimada görə təşəkkürünü bildirib.

09:31

Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim olunur.

“Report” xəbər verir ki, təqdimatı Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev edir.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Fərid Qayıbov gənclər və idman naziri təyin olunub.

Son xəbərlər

Orphus sistemi