Azərbaycanın yeni energetika naziri təyin edilib

Azərbaycanın yeni energetika naziri təyin edilib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
12 Oktyabr , 2017 16:51
Azərbaycanın yeni energetika naziri təyin edilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanın yeni energetika naziri təyin edilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Sərəncama əsasən, Pərviz Oqtay oğlu Şahbazov energetika naziri təyin edilib.

Qeyd edək ki, P.Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında oxuyub. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatiya sahəsində fəaliyyətə başlayıb.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-2016-cı illərdə Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.  

Ailəlidir, iki övladı var. 

Son xəbərlər

Orphus sistemi