Azərbaycanın Ukraynadakı səfiri: "Səsvermədə seçicilərin aktivliyi müşahidə olunur"

Azərbaycanın Ukraynadakı səfiri: "Səsvermədə seçicilərin aktivliyi müşahidə olunur" Bakı. 11 aprel. REPORT.AZ/ Səhər saatlarına baxmayaraq, indi Azərbaycanın Ukraynadakı səfirliyində seçici aktivliyi müşahidə olunur.
Daxili siyasət
11 Aprel , 2018 13:20
Azərbaycanın Ukraynadakı səfiri: Səsvermədə seçicilərin aktivliyi müşahidə olunur

Bakı. 11 aprel. REPORT.AZ/ Səhər saatlarına baxmayaraq, indi Azərbaycanın Ukraynadakı səfirliyində seçici aktivliyi müşahidə olunur. 

Azərbaycanın Ukraynadakı səfirliyindən "Report"a verilən məlumata görə, Ukrayna vaxtilə səhər saat 09:00-dan başlayaraq Azərbaycan vətəndaşları öz seçimlərini etmək üçün səfirlikdəki seçki məntəqəsinə axışırlar.

Ukraynanın Kiyev, Xarkov, Dnepr, Odessa, Sumı və bir sıra şəhərlərində yaşayan Azərbaycan vətəndaşları, gənclər və tələbələr Azərbaycanın Ukraynadakı səfirliyinə gələrək sərbəst və azad qaydada öz seçimlərini edirlər.

Yerli vaxtla saat 12:00-a olan məlumata görə, səfirliyin konsulluğunda qeydiyyatda olan Azərbaycan vətəndaşlarının 40 faizdən artığı səsvermədə iştirak edib.

Səsvermədə seçicilərlə görüşən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev seçkilərdə fəallıq göstərən soydaşlarımıza, xüsusən də gənclərə minnətdarlığını bildirib. Seçkilərlə bağlı Azərbaycan səfirliyində hər cür şərait yaradıldığını diqqətə çatdıran diplomat bu seçkilərdə xalqımızın istək və arzusunun reallaşacağına əminliyini ifadə edib.

Bildirilib ki, səsvermə prosesi Ukrayna KİV-lərinin də diqqət mərkəzindədir.

Son xəbərlər

Orphus sistemi