Azərbaycanın müxalifət təmsilçiləri AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb

Azərbaycanın müxalifət təmsilçiləri AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb Görüş zamanı bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb
Daxili siyasət
13 Yanvar , 2017 18:09
Azərbaycanın müxalifət təmsilçiləri AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanın müxalifət təmsilçiləri Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennakla görüşüb.

Bu barədə "Report"a Müsavat Partiyasının başqanı Arif Hacılı məlumat verib.

Görüşdə Müsavat Partiyasının başqanı Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan iştirak edib.

A.Hacılı bildirib ki, görüş zamanı Azərbaycandakı ictimai-siyasi vəziyyət, demokratik durum, konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-da keçirilən referendumun nəticələri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimizi həmməruzəçilərə çatdırdıq".

Onun sözlərinə görə, həmməruzəçilər isə bundan sonra Azərbaycana tez-tez səfər edəcəklərini və bu istiqamətdə fəaliyyətlərini daha da intensivləşdirəcəklərini bəyan ediblər.

Son xəbərlər

Orphus sistemi