Zakir Həsənov Hulusi Akara başsağlığı verib
Hərbi
- 19 aprel, 2022
- 08:54
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
"Report" xəbər verir ki, başsağlığında deyilir:
"Qardaş Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pənçə Kilit” əməliyyatının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik. Şəhid olan hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".
Son xəbərlər
23:45
İsrail hərbçiləri Livanda BMT-nin sülhməramlı patrulunu atəşə tutub
Digər ölkələr23:37
Foto
Video
Çempionlar Liqası: "Qarabağ" doğma meydanda "Ayaks"a uduzub - YENİLƏNİB-8
Futbol23:23
İsrail HƏMAS-ın tərksilah edilməsində və anklavın demilitarizasiyasında israrlıdır
Digər ölkələr23:15
ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini yenidən endirib
Maliyyə23:11
ABŞ-nin neft ehtiyatları bir həftə ərzində 1,8 milyon barel azalıb
Energetika23:05
Video
İspaniyada Çempionlar Liqası matçından əvvəl Avropa Liqasının himni səsləndirilib
Futbol22:50
Video
KİV: Ukrayna Rusiyanın "kölgə donanması"na aid daha bir tankerə zərbələr endirib
Digər ölkələr22:50
Azərbaycan boksçusu Avropa çempionatında növbəti raunda adlayıb
Fərdi22:45
Foto