Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birlikdə 10 dekabr - Ümumdünya İnsan Hüquqları Günü münasibətilə konfrans keçirib.
“Report” xəbər verir ki, “
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib ki, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində maddi-mədəni irsi məhv etməsi yalnız Azərbaycana qarşı yönəlməyib: “Bu, ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktıdır”.
O qeyd edib ki, işğal edilmiş Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çox sayda məscid, muzey, maddi-mədəniyyət nümunəsi yerlə yeksan olunaraq bərbad vəziyyətə gətirilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməlləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktları barədə məlumat verib.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “İşğal altındakı tarixi-dini abidələrimiz” mövzusunda məruzəsində ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdiyi cinayətlər haqqında danışıb.
Sonda Dövlət Komissiyasının materialları əsasında çəkilmiş “Sərhəd” sənədli filmi nümayiş olunub.