Azərbaycanın Gürcüstandakı səfirliyi və Batumidəki Baş Konsulluğu seçkiyə hazırdır

Azərbaycanın Gürcüstandakı səfirliyi və Batumidəki Baş Konsulluğu seçkiyə hazırdır Tbilisi. 14 mart. REPORT.AZ/ Aprelin 11-də Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilə əlaqədar ölkəmizin Gürcüstandakı səfirliyində seçki məntəqəsi yaradılıb.
Daxili siyasət
1744
14 Mart , 2018 18:13
Azərbaycanın Gürcüstandakı səfirliyi və Batumidəki Baş Konsulluğu seçkiyə hazırdır
Dursun Həsənov

Tbilisi. 14 mart. REPORT.AZ/ Aprelin 11-də Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilə əlaqədar ölkəmizin Gürcüstandakı səfirliyində seçki məntəqəsi yaradılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin nəzdində yaradılmış 46 saylı seçki məntəqəsində hazırlıq işləri başa çatıb.

Səfir Dursun Həsənov “Report”un Gürcüstan bürosuna açıqlamasında bildirib ki, məntəqədə səfirliyin və Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin əməkdaşları, Tbilisidə təhsil alan azərbaycanlı tələbələr, eləcə də həmin gün müvəqqəti olaraq Tbilisidə səfərdə olan və xidməti vəzifələrini icra edən ölkə vətəndaşları səs verə biləcəklər.

Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.

Azərbaycanın Batumidəki Baş konsulluğunda yaradılmış məntəqədə də hazırlıq işləri başa çatıb.

Baş konsulluqdan bildiriblər ki, burada da konsulluğun əməkdaşları ilə yanaşı, seçki günü Batumidə müvəqqəti səfərdə, ezamiyyətdə olan, eləcə də bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr sərbəst şəkildə səs verə biləcəklər.

Son xəbərlər

Orphus sistemi