Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub

Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub Baş müstəntiq Polis Şöbəsinin İstintaq Bölməsinə rəis təyin edilib
Daxili siyasət
23 Yanvar , 2017 16:38
Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

“Report”un xəbərinə görə, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) baş müstəntiqi polis mayoru Canəli Nuriyev Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq Bölməsinə rəis təyin edilib.

Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin (PB) təhqiqatçısı polis baş leytenantı Abdulsəməd Cəfərov isə Nərimanov RPİ-nin baş müstəntiqi vəzifəsinə təyinat alıb.

Polis polkovnik-leytenentı Vüqar İsmayılov isə Nərimanov RPİ-nin İstintaq Şöbəsinin rəisi təyin olunub.

Son xəbərlər

Orphus sistemi