Azərbaycanın beynəlxalq axtarışa verdiyi 108 nəfərin yeri müəyyən olunub

Azərbaycanın beynəlxalq axtarışa verdiyi 108 nəfərin yeri müəyyən olunub Təqsirləndirilən şəxslərin axtarışının nəticələri də 2,3 faiz yaxşılaşaraq 87,8 faiz təşkil edib, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 108 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 53 nəfərin yeri müəyyən o
Daxili siyasət
23 Yanvar , 2024 15:36
Azərbaycanın beynəlxalq axtarışa verdiyi 108 nəfərin yeri müəyyən olunub

İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 108 şəxsin yeri müəyyən olunub.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində nazir, general-polkovnik Vilayət Eyvazovun da iştirak etdiyi 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, İnterpola üzv ölkələr tərəfindən axtarılan 53 nəfərin də yeri müəyyənləşdirilib.

Bundan başqa, təqsirləndirilən şəxslərin axtarışının nəticələri də 2,3 faiz yaxşılaşaraq 87,8 faiz təşkil edib.

Son xəbərlər

Orphus sistemi