Yuxarı

Azərbaycanın baş prokuroru Xırdalan şəhərində vətəndaşları qəbul edib

Qəbulda vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın baş prokuroru Zakir Qaralov Abşeron rayon Prokurorluğunun inzibati binasında Sumqayıt şəhərindən, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a məlumat verilib. 

Məlumata görə, qəbuldan əvvəl baş prokuror və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra isə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Z.Qaralov bölgədə yaşayan 50-yə yaxın vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi