Azərbaycanda vəkil bürolarının sayı 3 dəfə artıb

Azərbaycanda vəkil bürolarının sayı 3 dəfə artıb "Ölkədə vəkil bürolarının sayı 3 dəfəyək artaraq 114-ə çatıb, bölgələrdə bir çox vəkil bürosu əsaslı təmir edilib".
Daxili siyasət
25 May , 2022 12:06
Azərbaycanda vəkil bürolarının sayı 3 dəfə artıb
Bayram Orucov

"Ölkədə vəkil bürolarının sayı 3 dəfəyək artaraq 114-ə çatıb, bölgələrdə bir çox vəkil bürosu əsaslı təmir edilib".

"Report" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov Kollegiyanın "CCBE"ə qəbulu ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, həmin bürolar maddi-texniki baza ilə təchiz edilib və vətəndaşlar üçün hüquqi yardımın əlçatanlığının təmin edilməsi barədə çoxsaylı digər işlər görülüb:

"Nəticə etibarilə, 2018-ci ildən bu günə kimi regionlarda 25 min vətəndaşa ödənişsiz hüquqi yardım göstərilib. Çox sevindirici haldır ki, Milli Məclisin deputatları, çoxsaylı dövlət qurumları da maraq göstərərək, bu aksiyalara ötən ildən etibarən aktiv şəkildə qoşulur və sözügedən aksiyalar daha kütləvi şəkildə həyata keçirilir".

Son xəbərlər

Orphus sistemi