Bakı. 18 iyun.
“Report”un xəbərinə görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan indiyədək həmin dairə üzrə 40 203 seçicidən 10369 nəfər (25,8%) səsvermədə iştirak edib.
F.Orucov bildirib ki, səsvermə zamanı qanun pozuntularının olması ilə MSK-nın 115 “Qaynar xətti”nə şikayət daxil olmayıb.